BAKI, 30 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) PYD terrorçularının nəzarətindəki Afrin bölgəsinə başlatdığı hərbi əməliyyat davam edir. Sputnik Türkiyə xəbər verir ki, bu gün daha iki kənd terrorçulardan azad edilib.
PKK terror təşkilatının Suriyadakı qolları olan PYD və YPG-dən təmizlənən Süleyman Xəlil (Halil) və Sati Sağı kəndləri Afrin rayonunun qərbində yerləşir. Kəndlərin azad olunması üçün həyata keçirilən əməliyyat zamanı 15 terrorçu məhv edilib. Türk ordusu və ASO-da şəhid olan və yaralanan olmayıb.
© KarikaturaTürk ordusu
Türk ordusu
© Karikatura