19:34 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
İran polisi

Tehran terrorunun ilkin təfərrüatları məlum oldu

© REUTERS / Tasnim News Agency
DÜNYA
Qısa URL
İran paytaxtında terror (6)
1393 0 0

Saxlanılan şəxslər bir gündə üç yerdə terror aktı törətməyi planlaşdırdıqlarını bildiriblər

BAKI, 7 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında silahlı qruplar İran parlamentinə və Tehranın cənubundakı Xomeyni türbəsinə hücum edib. Hər iki hücum nəticəsində ümumilikdə 8 nəfər ölüb, 33 nəfər isə yaralanıb.

Sputnik Azərbaycan "Tasnim"ə istinadla xəbər verir ki, bu silahlı terror aktlarını İŞİD öz üzərinə götürüb. Parlamentə hücum zamanı 7 nəfər ölüb, 4 nəfər isə girov götürülüb.

"Fars" agentliyi isə bildirib ki, hücum edənlər arasında kamikadze də olub. O, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Sonra məlum olub ki, o, parlament binasının 4-cü mərtəbəsində özünü partladıb.

Daha bir iştirakçı isə parlament binasını tərk etməyə müvəffəq olub və küçədə qarşısına çıxanlara atəş açıb. Parlamentə hücum edənlərin ümumilikdə 3-4 nəfər olduğu bildirilir. Onlardan birinin təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu bildirilsə də, bu, rəsmilər tərəfindən təsdiqlənməyib. Deputatlar parlament binasını tərk edə biliblər və onlardan heç kəs xəsarət almayıb.

ISNA agentliyi isə bildirib ki, İmam Xomeyni türbəsinə hücum edən qadın olub. Türbənin qərb tərəfdəki həyətində o, geyindiyi kamikadze kəmərini partladıb. Digər cinayətkar isə mühafizəçilər tərəfindən zərərsizləşdirilib. Burada 1 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilir.

Daha sonra IRIB telekanalı daha bir terrorçunun özünü türbədə partlatdığını xəbər verib. Lakin hökumət bu xəbəri təkzib edib. Başqa bir məlumatda isə türbəyə hücum edənlərdən birinin təhlükəsizlik qüvvələrinin əlinə keçməmək üçün özünü sianid turşusu ilə zəhərlədiyi bildirilib.

İranın Kəşfiyyat Nazirliyi Tehran sakinlərinə ictimai nəqliyyatdan və metrodan istifadə etməməyi tövsiyə edib. Nazirlik silahlı hücumda iştirak edən bir qrup şəxsi zərərsizləşdirdiyini açıqlayıb. Saxlanılan şəxslər bir gündə üç yerdə terror aktı törətməyi planlaşdırdıqlarını bildiriblər.

Daxili işlər naziri Abdolreza Rəhmani Fəzli hücumla bağlı parlamentin fövqəladə iclasını çağırmaq əmri verib. Rusiya XİN İrandakı vətəndaşlarını parlament və türbənin yerləşdiyi rayonlardan uzaq durmağa çağırıb.

Mövzu:
İran paytaxtında terror (6)

Əlaqədar

Atışma gedən İran parlamentindən son xəbər
Tehranda fövqəladə vəziyyət: təcili toplantı çağırıldı
İranda terror kütləvi hal alır, canlı görüntülər yayıldı
İranda sabitlik pozuldu: parlamentdə və Xomeyni türbəsində atışma gedir
Teqlər:
silahlı terror aktı, Xomeyni türbəsi, təhlükəsizlik qüvvələri, Tehran, İran parlamenti, İŞİD

Əsas mövzular