Tehranda fövqəladə vəziyyət: təcili toplantı çağırıldı

© AP Photo / Vahid SalemiСессия парламента Ирана, фот о из архива
Сессия парламента Ирана, фот о из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İran DİN vəziyyətin nəzarətə götürüldüyünü bildirib

BAKI, 7 iyun — Sputnik. "Parlamentdəki situasiya nəzarət altındadır". Sputnik İran xəbər verir ki, bunu parlamentin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Mehdi Kiai jurnalistlərə açıqlamasında deyib.

Мавзолей Хомейни в Тегеране, фото из архива - Sputnik Azərbaycan
İranda terror kütləvi hal alır, canlı görüntülər yayıldı

O, qeyd edib ki, mühafizə xidmətinin əməkdaşları təhlükəsziliyi bərpa ediblər və parlament komissiyasının açıq iclası davam edir. Kiai baş verənlərlə bağlı ətraflı məlumatın KİV-ə açıqlanacağını bildirib.

İranın Daxili İşlər Nazirliyi (DİN) isə Tehranda parlamentə və İmam Xomeyninin türbəsinə hücumla əlaqədar olaraq parlamentin fövqəladə iclasının çağrıldığını bildirib. İran DİN-in media məsləhətçisi Ruholla Comei öz Twitter-ində yazıb ki, İranın daxili işlər naziri Abdolreza Rəhmani Fəzli Tehranda fövqəladə iclas çağırmaq əmri verib.

Qeyd edək ki, silahlı şəxslər bu gün yerli vaxtla saat 10:30 radələrində İran parlamentinə hücum ediblər. Hücum edən şəxslər saxlanılıb. İran DİN vəziyyətin nəzarətə götürüldüyünü bildirib.

Parlamentə dörd nəfərdə tapança və "Kalaşnikov" avtomatları ilə hücum edib. Rəşt şəhərinin parlamentdəki nümayəndəsi bildirib ki, parlamentdəki atışma zamanı bir nəfər ölüb. Onun sözlərinə görə, parlamentin mühafizə xidmətinin əməkdaşlarından biri topuğundan yaralanıb, digər iki nəfər isə sinədən və qollarından vurulub.

Hazırda parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının iclası keçirilir.

Xəbər lenti
0