00:33 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
54 0 0

Təxminən 1600 məktəbin dağıdıldığı ölkədə, 2 milyon uşaq təhsil alma haqqından məhrum edilib

BAKI, 27 mart — Sputnik. BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF), Yəməndə son bir ildə ölən, yaralanan və ya döyüşməyə məcbur edilən uşaqların sayının 100% artdığını açıqlayıb. Sputnik Azərbaycan bu haqda TRT-yə istinadən xəbər verir.

UNICEF-in, iki ildən bəri vətəndaş müharibəsinin davam etdiyi Yəməndəki vəziyyət ilə əlaqəli hazırladığı hesabata görə, cinayətlərə qurban gedən uşaqların sayı 900-dən 1500-ə, yaralanan uşaqların sayı 2450-yə və döyüşməyə məcbur edilən uşaqların sayı 1580-ə çatıb. Ölkədə məktəbləri hədəf götürən hücumlar və bombalama hadisələri də 4 dəfə artıb.

Təxminən 1600 məktəbin dağıdıldığı ölkədə, 2 milyon uşaq təhsil alma haqqından məhrum qalarkən, qıtlıq səbəbiylə yarım milyondan çox uşaq da qidalana bilmir. Əhalisinin 80%-i humanitar yardıma möhtacdır. Ölkədə qız uşaqlarının üçdə ikisi isə kiçik yaşda ərə verilir.

Əlaqədar

Uşaqlarımızın gələcəyini müəyyən edən qanun
Yanğın nəticəsində 20-dək uşaq həlak oldu
“Bunu görən uşaq ya qəssab olacaq, ya da...”
500 valideynin çağırışı: Uşaqlarımızın gələcəyini məhv etməyin
Türkiyədə terror: 3 yaşlı uşaq həlak oldu
Teqlər:
UNICEF, Yəmən, BMT, döyüş, uşaq

Əsas mövzular