16:47 26 Sentyabr 2017
Canlı yayım
Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford

Danfordun Bakı və Ankara səfərləri bu məqsədi daşıyırmış

© AP Photo/ Kevin Wolf
DÜNYA
Qısa URL
69970

Mehmet Perinçek: “Amerikanın Suriyaya dair ən strateji planı İraqın şimalından başlayaraq, Suriyanı da içinə alan və Aralıq dənizinə qədər uzanan kürd koridoru açmaq idi”

BAKI, 21 fev – Sputnik. Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşdükləri ilə bağlı xəbər vermişdik. Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi, potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyi müzakirə edilmişdi. 

Amerikalı general Cozef Danford Bakıdan birbaşa Türkiyəyə, Adana vilayətindəki “İncirlik” hərbi bazasına yollanmışdı. Danford sözügedən bazada Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarla görüşüb. 

İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İddiaya görə, Amerikanın ordu rəhbərinin Türkiyəyə gəlişində əsas məqsəd qarşıdakı günlərdə planlaşdırılan Raqqa əməliyyatını müzakirə etmək olub. İŞİD terror təşkilatının əsas mərkəzi olan Raqqa, Suriyanın ən böyük 3-cü şəhəridir. Şəhər 2011-ci ildə vətəndaş müharibəsi başlayandan aylar sonra İŞİD-in nəzarətinə keçib. 

Cozef Danfordun Bakıda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla olan görüşünün detalları da artıq üzə çıxmağa başlayıb. Türkiyənin bəzi xəbər agentliklərinin yazdığına görə, Danford rus general Gerasimovu Raqqa əməliyyatının tarixi və detalları barədə məlumatlandırıb. Raqqaya əməliyyat zamanı amerikalı və türk hərbçilərin Suriyada rus əsgərləri ilə qarşılaşmaması üçün öncədən belə bir görüşün vacibliyi qeyd olunub. Yaxın günlərdə Rusiya, Türkiyə və Amerika ordu rəhbərlərinin bir-birlərinə qarşılıqlı koordinatlar verəcəyi də iddia edilir.

Mehmet Perinçek - Türkiyəli politoloq
elbe-express
Mehmet Perinçek - Türkiyəli politoloq

Analitiklərə görə, Cozef Danford Azərbaycanda görüşdüyü Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla olan danışığın yekunları barədə Türkiyəli həmkarı Hulusi Akara məlumat verib. 

Mövzunu Sputnik Azərbaycan-a Türkiyəli tarixçi-yazar Mehmet Perinçek şərh edib: “Amerikanın Suriyadakı planları pozulmuş vəziyyətdədir. Xüsusilə, türk ordusunun başlatdığı “Fərat qalxanı” əməliyyatı Vaşinqtonun bütün maraqlarını alt-üst etdi. Çünki Amerikanın Suriyaya dair ən strateji planı İraqın şimalından başlayaraq, Suriyanı da içinə alan və Aralıq dənizinə qədər uzanan kürd koridoru açmaq idi. Əsas məqsəd İraqın şimalında qurduqları oyuncaq dövləti yaşatmaqdır”. 

“Təsəvvür edin ki, PKK-nın Suriyadakı qolu olan PYD-nin nəzarətindəki ərazilərdə Amerikanın 5 ədəd hərbi bazası yer almaqdadır. Hansı ki, rəsmi Ankara dəfələrlə PYD-nin terror təşkilatı olduğunu bəyan edib. Aldığım məlumata görə, türk ordusu artıq PYD-ni bombalamağa başlayıb. Türk ordusunun Suriyaya girməsi ilə Vaşinqtonun planı ortadan qalxmış oldu. Tək Türkiyə yox, rusların da Suriyada özünü göstərməsi Amerikanı çətin vəziyyətdə qoydu. Xüsusilə Astanadakı konfrans ABŞ-ın planlarının suya düşməsində önəmli rol oynadı. Çünki Suriya problemini bölgə ölkələri, Rusiya, İran və Türkiyə özləri həll edə biləcəklərini göstərdilər. Ən əsası odur ki, hər üç ölkə Suriyanın ərazi bütövlüyünə vurğu edir. Yəni, Amerikanın parçalanmış Suriya xülyasının üzərindən xətt çəkilir” – Mehmet Perinçek bildirib.  

Perincəyin fikrincə, ABŞ rəhbərliyi, türk ordusunun diqqətini yayındırmaq üçün, İŞİD-in qalası hesab edilən Raqqaya əməliyyat planını ortaya atıb: “Türk əsgərini PYD ilə yan-yana İŞİD-ə qarşı döyüşdürmək istəyirlər. Ancaq mən düşünürəm ki, Türkiyə bu məkrli plana uymayacaq”. 

Əlaqədar

İlham Əliyev Cozef Danfordla görüşüb
Məxfi Rusiya-ABŞ görüşü üçün niyə Bakı?
Teqlər:
İŞİD terror təşkilatı, Valeri Gerasimov, Hulusi Akar, Cozef Danford, Raqqa, Rusiya, Suriya, Türkiyə, ABŞ

Əsas mövzular