Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məxfi Rusiya-ABŞ görüşü üçün niyə Bakı?

Abunə olmaq
Zərdüşt Əlizadə: "ABŞ Rusiyadan xahiş edə bilər ki, İrana silah satmasın. Amma Rusiya öz biznes marağından imtina etməz"

BAKI, 16 fev — Sputnik. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov bu gün Bakıda görüşüblər. Sputnik Azərbaycan bu barədə Pentaqonun rəsmi saytına istinadən məlumat verir.

Washington and NATO are not seeking confrontation with Russia, but will not compromise on international principles vital for European and US security, Pentagon spokesperson Lt. Col. Vanessa Hillman said - Sputnik Azərbaycan
ABŞ və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisləri Bakıda görüşəcəklər

"Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq. Görüş zamanı müxtəlif spektrli məsələlər nəzərdən keçiriləcək. Konkret olaraq tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər" — deyə öncədən verilən məlumatda bildirilirdi.

Görüş mətbuata tam qapalı şəkildə keçirilib. Generalların görüş üçün niyə məhz Bakını seçdikləri isə müəmmalı olaraq qalır. Analitiklərə görə, burada iki ehtimal var. Birinci ehtimal odur ki, Vaşinqtonla Moskva arasında indiki mürəkkəb münasibətlər şəraitində belə görüşün tərəflərdən hansısa birinin paytaxtında təşkili qeyri-mümkündür.

"The New York Times" qəzetinin yüksək rütbəli rəsmilərə istinadən yaydığı məlumata görə, bu haqda müzakirələr aylarla davam edib. Əvvəlcə Rusiya tərəfi amerikalı generalın Moskvaya, ya da Belarusun paytaxtı Minskə gəlməsini istəyib. ABŞ isə bu variantdan imtina edərək görüş üçün Şərqi Avropanı üstün tutduqlarını bildirib. Ancaq Ukrayna məsələsinə görə, Avropa İttifaqı digər Rusiya rəsmiləri kimi Valeri Gerasimova da sanksiya tətbiq üçün, bu variant da baş tutmayıb. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.

© Photo : STRZərdüşt Əlizadə, politoloq
Zərdüşt Əlizadə, politoloq - Sputnik Azərbaycan
Zərdüşt Əlizadə, politoloq

Bəzi ekspertlər isə ikinci ehtimala üstünlük verirlər. Bu mövqenin tərəfdarları generalların görüşü üçün Azərbaycanın da əbəs yerə seçilmədiyini iddia edirlər. Analitiklərə görə, burada əsas məqsəd İranla sərhəd ölkədən rəsmi Tehrana mesaj ötürməkdir.

Məsələni Sputnik Azərbaycan-a şərh edən politoloq Zərdüşt Əlizadə isə Bakıda sırf İranla bağlı müzakirələr aparılmasına inanmır: "Çünki bundan əvvəl ABŞ dəfələrlə İrana qarşı əməliyyat məsələlərini müzakirə edib. Bütün analitiklər deyiblər ki, İranın Amerikaya vuracağı zərər gözləniləndən xeyli yuxarı olacaq. Ola bilsin ki, Bakıdakı görüşdə Suriya məsələsi, Türkiyə ilə əməkdaşlıq mövzusu və təbii ki, İranla bağlı da nələrsə müzakirə edilə bilər".

"Ancaq bu, çoxlarının düşündüyü kimi İrana həmlə yox, rəsmi Tehranı dilə tutmaqla bağlı hansısa danışıqlardan ibarət ola bilər. Məsələn, ABŞ Rusiyadan xahiş edə bilər ki, İrana silah satmasın. Amma bunlar boş söhbətdir. Çünki Rusiya öz biznes marağını arxa plana atmaz. Bakıda əsas mənada iki ölkənin əməkdaşlıq məsələləri müzakirə ediləcək" — politoloq bildirib.

Z. Əlizadə görüşdə Azərbaycanın hər hansı şəkildə təmsil olunduğunu istisna edir: "Azərbaycan kiçik dövlətdir. Münasib ərazidir, paytaxtında yaxşı hotellər var. Bu görüşdə Azərbaycanın təhlükəsizliyi, Qarabağ məsələsi, Cənubi Qafqaz mövzusunun müzakirə olunacağını zənn etmirəm. Burada daha qlobal məsələlərdən danışılacaq".

Qeyd edək ki, generalların Bakı görüşünün mövzusu haqda detallı məlumat verilmir. Pentaqonun yaydığı məlumatda, görüşdə ABŞ və Rusiyanın hərbi münasibətlərinin, mümkün problemləri önləməkdən ötrü vacib olan əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi deyilir.

Xəbər lenti
0