03:57 24 Mart 2017
Canlı yayım
ATƏT

ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırıb

twitter.com
DÜNYA
Qısa URL
45 0 0

Ermənistan XİN məsələ ilə bağlı şərh verməkdən imtina edib

BAKI, 12 yan — Sputnik. ATƏT-in Yerevandakı ofisinin fəaliyyəti dayandırılıb. Ermənistan XİN isə hələlik ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı vəziyyətə şərh verməkdən imtina edib.

Sputnik Ermənistan KİV-inə istinadla xəbər verir ki, hələlik ATƏT-lə Ermənistan arasında Yerevan ofisinin fəaliyyətinin davam etdirilməsinə dair konsensus əldə olunmayıb. Ofisin fəaliyyəti ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasına dair konsensus əldə olunana qədər bir müddət "havadan asılı qalacaq".

Analoji situasiya ATƏT-in Özbəkistan və Qırğızıstandakı ofisləri ətrafında da yaranıb. Mövcud praktikaya görə, milli ofislərin fəaliyyət mandatının uzadılması hər il iştirakçı ölkə ilə ATƏT arasında əldə olunan konsensusla tənzimlənir.

Xatırladaq ki, ATƏT-in Yerevan ofisi bu təşkilatın son vaxtlara qədər regionda yeganə tamhüquqlu ofisi idi. ATƏT-in Bakı ofisinin fəaliyyəti 2015-ci ildə dayanıb.

Əlaqədar

ATƏT-ə sədrlik Avstriyaya keçib
Mövlud Çavuşoğlu Bakıdan ATƏT-ə səsləndi
ATƏT-in sammitinin keçiriləcəyi bina yandırılıb
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda olub
ATƏT-dən nəsə gözləməyə dəyərmi?
Rusiya-Ukrayna sərhədində ATƏT polisi keşik çəkərsə...
Teqlər:
ofis, mandat, fəaliyyət, Yerevan, ATƏT, XİN

Əsas mövzular