QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT təmsilçiləri regiona gəlirlər

Abunə olmaq
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

BAKI, 20 dek — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.

Xəbər lenti
0