12:12 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Avropa katoliklərinə zərbə

DÜNYA
Qısa URL
39 0 0

İŞİD-in Fransada kilsəyə hücüm etməsinə qiymət verən siyasətçılər bunu bütün dünyada katoliklərə zərbə kimi qiymətləndiriblər

Avropa katoliklərinə zərbə
BAKI, 27 iyul — Sputnik. Fransada naməlum şəxslərin kilsəyə hücumu nəticəsində keşiş ölüb, daha iki nəfər yaralanıb, hücumçular isə polis tərəfindən məhv edilib. Prezident Fransua Olland hadisəni terror aktı adlandırıb. Hücuma görə cavabdehliyi isə İŞİD qruplaşması öz üzərinə götürüb.

İŞİD-in növbəti terror hücumu

Hadisə çərşənbə axşamı Sent-Eten-dyu-Ruvr ərazisində baş verib. İlkin məlumata görə, bıçaqla silahlanmış iki naməlum şəxs kilsəyə hücum edərək keşiş və iki kilsə əməkdaşı daxil olmaqla, beş nəfəri girov götürüb. Qaçmağa müvəffəq olan daha bir kilsə işçisi polisləri çağırıb.

Tezliklə hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib. Xüsusi əməliyyat nəticəsində hər iki hücumçu şəxs kilsədən çıxarkən məhv edilib. Girov götürülənlərdən biri — 84 yaşlı keşiş Jak Amel (Jacques Hamel) ölüb. Polisin məlumatına görə, hücum edənlər onun boğazını kəsiblər. Daha iki girov götürülən şəxs yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Prezident Fransua Olland və daxili işlər naziri Bernar Kaznev də hadisə yerinə gəliblər. Olland baş vermiş hadisəni terror aktı adlandırıb.

"Özlərini İŞİD üzvü hesab edən iki terrorçu Sent-Eten-dyu-Ruvr kilsəsində alçaqcasına qətl törədiblər", — deyə Prezident bildirib.

Fransa Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Anri Brandın sözlərinə görə isə, bu aqressiv akt məqsədli şəkildə törədilib və əvvəlcədən planlaşdırılıb.

BFMTV xəbər kanalının məlumatına görə, kilsəyə hücum edən şəxslər "Allah Əkbər" deyə qışqırırdılar: "Sonra isə məlum oldu ki, hadisəyə görə cavabdehliyi İŞİD qruplaşması öz üzərinə götürüb".

İstintaq

Fransanın şimalında baş verən hadisənin araşdırılmasını antiterror prokurorluğu icraata götürüb. Franspress agentliyinin məlumatına görə, istintaq zamanı bir nəfər saxlanılıb. Onun şəxsiyyəti və həbsinin səbəbi hələlik məlum deyil.

Məlum olub ki, hücumçulardan biri həbsdən sonra məhkəmə nəzarəti altında olub və yerinin izlənməsi üçün elektron bilərzik gəzdirirdi. Söhbət yerli sakindən gedir. 2015-ci ildə o, Türkiyədən Suriyaya keçməyə cəhd edib, lakin saxlanılıb. Fransaya ekstradisiya edilərək onu həbsxanaya salıblar. Bir illik həbsdən sonra o, azad olunub, lakin məhkəmə nəzarətinə alınıb.

Siyasətçilərin və kilsənin reaksiyası

Sent-Eten-dyu-Ruvr faciəsinə fransız və xarici siyasətçilər, eləcə də kilsə nümayəndələri münasibət bildiriblər, müxtəlif dövlətlərdən Fransaya dəstək və başsağlığı sözləri göndərilir. Baş nazir Manuel Valls öz Twitter hesabında yazıb ki, bu hücum Fransa, eləcə də bütün katoliklərə zərbə oldu.

Fransanın xarici işlər naziri Jan-Mark Eyro isə hücumdan sonra vətəndaşları vahid olmağa çağırı: "Belə olan halda, mənim yalnız bir mesajım var — gəlin vahid qalaq. Almaniyada, Nitsada və bütün bu terror hadisələrinə səbəb olan şəxslər bizim cəmiyyəti, demokratiyanı, inananları və inamsızları, katolikləri və müsəlmanları bölmək istəyirlər".

Fransanın "Milli cəbhə" partiyasının lideri Marin Le Pen isə öz növbəsində baş vermiş hadisəni "islamçıların yeni terroru" adlandırıb. "Hadisənin icra üsulu bizi islamçıların yeni terroru haqda düşünməyə vadar edir", — deyə Le Pen öz səhifəsində yazıb.

Hadisəni Roma Papası Fransisk də pisləyib. "Roma Papası baş vermiş hadisə haqda məlumatlandırılıb. O, absurd zorakılıq aktından dəhşətə gəlib və bütün xəsarət alanlar üçün dua edir", — deyə Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi bildirib.

Onun sözlərinə görə, Vatikan müqəddəs yerdə baş verən bu dəhşətli cinayətdən şoka düşüb. "Biz Fransa kilsəsinə və xalqına yaxınlığımızı bildiririk. Bu faciəvi xəbər son günlərin zorakılıq hadisələrini tamamlayır. Biz vəziyyəti izləyirik və nə baş verdiyini daha yaxşı anlamaq üçün son məlumatları gözləyirik", — deyə F.Lombardi sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən Fransada fövqəladə vəziyyət rejimi davam edir. Məhdudiyyətin müddəti iyulun 14-də Nitsa şəhərində 84 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra daha yarım il uzadılıb.

Əlaqədar

Almaniyada terror təhlükəsi qalmaqdadır
Almaniya daha bir terrorla silkələndi
Nitsa terroru ilə bağlı məhkəmə başlayır
İŞİD Fransa terrorunun məsuliyyətini öz üzərinə götürdü
Nitsadakı terror aktından bir neçə dəqiqə sonra
Terrorçuların hansı ölkələrdən gəldikləri bəlli oldu
Teqlər:
katolik, kilsə, Roma Papası, Fransa, terror, İŞİD

Əsas mövzular