08:00 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12902

Braziliya parlamentinin yuxarı palatasında söz alan 35 senatordan 28-i prezidentin tutduğu vəzifədən uzaqlaşdırılmasını istəyib. Rousseff isə etimadsızlıqla bağlı səsvermənin yekununu gözləmədən şəxsi əşyalarının daşınması barədə göstəriş verib.

BAKI, 12 may — Sputnik. Braziliya prezidenti Dilma Rousseff senatda etimadsızlıqla bağlı səsvermənin yekununu gözləmədən, Prezident Sarayındakı şəxsi əşyalarının daşınması barədə göstəriş verib.

Vaşinqton Ağ Ev
© AFP 2020 / Brendan Smialowski

Sputnik RİA-ya istinadən xəbər verir ki, ölkə parlamentinin yuxarı palatasında söz alan 35 senatordan 28-i artıq Prezidentin, 180 gün tutduğu vəzifədən uzaqlaşdırılmasını istəyib. Bu təklifin qəbul edilməsi üçün 41 senatorun lehinə səs verməsi lazımdır.

Braziliya prezidentinin "Planalto" sarayında "Palacio de la Alvorrada" iqamətgahındakı müxtəlif rəsm əsərləri, bəzək əşyaları Rousseffə məxsusudur. Bu gün senat Prezidentin impicmentinin lehinə səs verərsə, o zaman Rousseff azı yarım ilə sarayı tərk edə bilər.

Əlaqədar

Braziliyada Azərbaycan kino həftəsi keçirilib
Braziliya parlamenti prezidentin impiçmentinə səs verib
Braziliya palçıq altında qaldı
Braziliyalı ulduzun bank hesabları dondurulub
Braziliya facebook-dan imtina etdi
Teqlər:
impiçment, Dilma Rousseff, Braziliya, parlament, prezident

Əsas mövzular