BAKI, 10 may — Sputnik. ABŞ prezidenti Barak Obama bu il mayın 27-də Yaponiyanın Xirosima şəhərinə səfər edəcək. "Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib. Məlumata görə, Yaponiya hökuməti baş nazir Sindzo Abenin mayın 26-27-də ölkənin Mie bölgəsində keçiriləcək "Böyük-7"lərin sammiti başa çatandan sonra Barak Obama ilə birlikdə Xirosimaya səfərinin hazırlığına başlayıb.
Qeyd edək ki, ABŞ təyyarəçiləri 1945-ci il avqustun 8-də Xirosimaya atom bombası atıb. Həmin tarixdən sonra Barak Obama bu şəhərə gedəcək ilk ABŞ prezidenti olacaq. ABŞ və Yaponiya rəsmi dairələri bu xəbəri təsdiqləyiblər.
Barak Obama Xirosimadan sonra Vyetnama rəsmi səfər edəcək.