14:06 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
844801

ABŞ prezidenti: Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.

BAKI, 2 aprel-Sputnik. Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.

Sputnik xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan sammitdə iştirak edən bir çox ölkə kimi artıq bir sıra addımlar atıb. "Bəzi ölkələrin yüksək zənginləşdirilmiş uran ehtiyatı var, onlar onu azaltmaq barədə qərara gəliblər. Digər ölkələrdə mülki nüvə obyektləri var, lakin vacib təhlükəsizlik təcrübəsi yoxdur və onlar daha yaxşı təhlükəsizlik praktikasını qəbul ediblər.

 Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər. Onlar sərhəd məntəqələrində və nüvə materiallarının müəyyən edilməsində bizimlə birgə işləyiblər. Özünün coğrafi mövqeyinə görə Azərbaycan bu prosesdə mühüm tərəfdaşdır" — deyə Obama bildirib.

ABŞ prezidenti bütün dövlətlərin ümumi təhlükənin qarşısının alınması üçün öz töhfələrini əsirgəmədiklərini əlavə edib.

Nüvə Təhlükəsizliyi Sammitinin iştirakçıları təmas qrupunun yaradılmasına dair qərar qəbul ediblər. Obama bu barədə deyib: "Sammitdə yaradılan təmas qrupu birgə səyləri əlaqələndirəcək və bu sahədə ümumi planların icrasına nəzarət edəcək. Təmas qrupuna 30-dan çox ölkənin ekspertləri daxil olacaq. Onlar qərarlarımızın gerçəkləşməsi və əlaqələrimizi qorumaq üçün mütəmadi olaraq görüşəcəklər".

Qeyd edək ki, Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Nüvə Təhlükəsizliyi Sammiti daha əvvəl Vaşinqtonda (2010), Seulda (2012) və Haaqada (2014) keçirilib.

Əlaqədar

Nüvə Təhlükəsizliyi Sammiti başlayıb
Dünya liderləri bir arada: Vaşinqton sammiti başladı
Putin Vaşinqton sammitini niyə boykot etdi?
"Vaşinqton sammitindən heç bir ciddi qərar gözləmirəm"
Teqlər:
Haaqa, Seul, Azərbaycan prezidenti İlham Əliyev, nüvə təhlükəsizliyi, nüvə, Vaşinqton, IV Nüvə Təhlükəsizliyi Sammiti, Barack Obama, ABŞ prezidenti Barak Obama

Əsas mövzular