Dünya liderləri bir arada: Vaşinqton sammiti başladı

© AFP 2024 / POOL/YVES LOGGHEDünya liderləri Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammitin açılışında, Haaqa. Arxiv şəkli
Dünya liderləri Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammitin açılışında, Haaqa. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ ev rəhbəri beynəlxalq səviyyədə keçirilən bu kimi görüşlərin təşkilini xarici siyasətdə əsas uğurlarından hesab edir. Sammitə 50-yə yaxın siyasi xadim qatılıb.

BAKI, 31 mart — Sputnik. Vaşinqtonda Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit bu gün öz işinə başlayır. Sputnik xəbər verir ki, sammit Barak Obamanın prezidentliyi müddətində onun şəxsi təşəbbüsü ilə başlatdığı forumlar arasında sayca dördüncüdür.

Ağ ev rəhbəri beynəlxalq səviyyədə keçirilən bu kimi görüşlərin təşkilini xarici siyasətdə əsas uğurlarından hesab edir. Nüvə Təhlükəsizliyi üzrə beynəlxalq Sammit bu günədək Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib.

Bu gün başlayan olan Vaşinqton sammitinə 50-yə yaxın siyasi xadim qatılıb. Onların əksəriyyətini ölkə başçıları və baş nazirlər təşkil edir.

Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün martın 30-da ABŞ-a səfər edib.

Xəbər lenti
0