14:29 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Tovuz sakini uzunluğu 10 metr 30 santimetr olan təsbeh hazırlayıb. O, ömrünün 7 ilini sərf etdiyi bu əməyinin nə vaxtsa “Ginnesin Rekordlar Kitabı”na düşəcəyinə ümid edir.

Tovuz şəhər sakini Qəzənfər Nəcəfov kiçik muncuqlardan 10 metrdən artıq uzunluğu olan təsbeh hazırlayıb. Təsbehin çəkisi 4 kiloqramdan artıqdır. Nəcəfov 7 il ərzində 2 min ədəd muncuğu bir-bir seçərək “Ginnesin Rekordlar Kitabı”na layiq bir eksponat ortaya qoyub.

“İlk öncə 3 metr 70 santimetr hazırladım. Daha sonra isə get-gedə artırdım və təsbehin uzunluğunu 10 metrə çatdırdım. İndi isə ümid edirəm ki, təsbehi 20 metrə çatdırsam, mənə özləri müraciət edib “Ginnesin Rekordlar Kitabı”na salacaqlar”, - deyə Qəzənfər kişi bizimlə bölüşüb.

Hətta gözündə yaranan problem belə 63 yaşlı ustanı diqqət və dəqiqlik tələb edən işindən ayıra bilməyib. O özü etiraf edib ki, bu işə başlayanda çay-çörək belə yadından çıxırdı.

“Əvvəllər hamı bu həvəsimə etinasız yanaşırdı. Sonralar gördülər ki, mən bununla nəfəs alıram və evdəkilər də mənə kömək etməyə başladılar”, - deyə usta danışıb.

Təsbeh ustası artıq dayanmaq və ya işini satmaq fikrində deyil. O deyib ki, o bu təsbehə tək vaxtını deyil, ömrünü sərf edib və onu satsa, artıq yaşaya bilməz.

Digər videolar

Əsas mövzular