CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərgər emalatxanasında bir gün: Turistləri milli ornamentlər daha çox maraqlandırır

Abunə olmaq
Qızıl məmulatlarından, adətən toydan-toya istifadə edirik. Gümüş isə gündəlik həyatımızın bir hissəsinə çevrilib. Gümüşə qulluq qaydalarını öyrənmək üçün Sputnik Azərbaycan-ın çəkiliş qrupa zərgər emalatxanasına üz tutub.

Anar Əhmədov 20 ildən artıqdır ki, zərgərliklə məşğul olur. Uşaqlıqdan bu işə həvəsi olan Anar öz istəyi ilə sexlərdə usta yanında işləməyə başlayıb və beləliklə də, sənətin incəliklərinə yiyələnib. Öz oğlunun isə bu işi davam etdirəcəyini düşünmür. O inanır ki, bu sənətə həqiqətən həvəsi olan insan əvvəl-axır işləməyə başlayacaq.

Usta Azərbaycanda keçirilən müxtəlif sərgi və festivallarda öz işlərini nümayiş etdirib. Bu da təsadüfi deyil, belə ki, o, işlərinin çoxunu özünün çəkdiyi unikal eskizlər əsasında hazırlayır. Bu işlərin daha çox turistlərin marağına səbəb olduğunu deyir. Bildirir ki, alıcılarımız öz milli ornamentlərimizə deyil, daha çox avropasayağı məmulatlara meyl salırlar.

Həmsöhbətimiz həm də gümüşə qulluq haqqında danışır. Deyir ki, bu cür məmulatlar kip bağlanmış yerlərdə daha yaxşı qalır və qaralmır: “Gümüş hava ilə nə qədər çox təmas edərsə, o qədər çox oksidləşir və qaralır. Ustamız həm də əmindir ki, gümüş insanı pis enerjidən təmizləyir və insanın bədənindəki bütün ziyanlı maddələri özünə çəkir”.

Gümüşün təmizlənməsi prosesi isə olduqca asandır: “Hər hansı bir təmizləmə tozu və diş fırçası ilə isti su altında gümüşü yenidən parlatmaq olur. Həm də ki, məmulatların tez-tez təmizlənməsinin gümüş üçün heç bir ziyanı yoxdur”.

Xəbər lenti
0