21:37 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
© Sputnik / Kamilla Əliyeva

“Düşbərə” - Azərbaycanın məşhur xəmir xörəklərindən biri belə adlanır. O, ruslarda “pelmeni”, Orta Asiya və Türkiyə mətbəxində “mantı” adlanan xəmir xörəklərindən öz ölşüsünə görə 2-3 dəfə xırda olur. Sputnik bu isti qış yeməyinin videoreseptini təqdim edir.

Düşbərə Azərbaycan milli mətbəxinin əsas yeməklərindən biridir. Azərbaycanlı ev xanımları onu bükməyi praktiki olaraq uşaqlıqdan bilirlər. Düşbərənin klassik variantı — qoyun ətinin sümüyündən bişirilmiş bulyondan, zəfərandan, xüsusi dadlandırıcı ədviyyatlardan, soğan və sarımsaqdan, çəkilmiş ətdən və xəmirdən ibarətdir.

Azərbaycanın ayrı-ayrı yerlərində bu xörək müxtəlif cür bişirilir. Amma bizim qəhrəmanımız — ev xanımı Səlimə Hüseynova bildirir ki, düşbərə Bakının ən populyar qış yeməyidir. Burada onun hazırlanmasının öz kiçik sirri var.

"Bakı düşbərəsini rusların bişirdiyi "pelmeni" ilə müqayisə etmək olmaz. Çünki onlar ilk növbədə ölçülərinə görə fərqlənirlər. İkincisi, düşbərə dadlı bulyonun içində bişirilir." — deyə Hüseynova bildirir.

Əvvəlcə sümüklü ətdən bulyon bişiririk. Bulyon hazır olandan sonra sümükləri onun içindən çıxarmaq lazımdır ki, sonra qazanda düşbərələri əzməsin.

Una duz, yumurta və su əlavə edərək xəmir yoğururuq. Xəmir ələ yapışmırsa, deməli, hazırdır. Sonra onu 15-20 dəqiqəliyinə dincə qoyuruq. Qoyun, ya da yağlı mal ətindən (ideal variant hər iki ətin qarışığıdır) olan hazır farşa soğan, duz və istiot əlavə edirik və onu da soyuducuya qoyuruq.Sonra xəmiri iki yerə bölür, kündələyir və yayırıq. 

"Düşbərənin xəmiri mümkün qədər nazik yayılmalıdır və çalışmaq lazımdır ki, qat düşməsin. Sonra onu dərhal xırda kvadratlar şəklində kəsmək lazımdır. Kvadratlar nə qədər xırda olsa, düşbərələr daha düzgün ölçüdə alınacaq.

Ənənəyə görə, bir qaşığa 10-12 ədəd düşbərə yerləşməlidir." — deyə evdar qadın bildirir.

Sonra hər bir kvadratın içinə bir az farş qoyuruq. Hər bir kvadratı üçbucaq formada bükürük və onun iki künc ucunu birləşdiririk. Düşbərələri bükəndən sonra içinə un səpilmiş siniyə düzürük. Əgər düşbərə dərhal bişiriləcəksə, onu 10-15 dəqiqə saxlamaq lazımdır ki, qurusun.

Səlimə xanım düşbərənin hazırlanması ilə bağlı kiçik sirri bizə açıqladı. Bu, bulyona xüsusi dad vermək üçün sarıkök və zəfəranın əlavə olunmasıdır.

"Düşbərə bişən zaman qazandan uzağa getmək lazım deyil. Əgər uzaqlaşsaz, düşbərə qaynayarkən qazanın səviyyəsi yüksələ və daşa bilər. Bu zaman bulyonun rəngi dəyişir." — deyə evdar qadın bildirir.

Düşbərə stola gətirilərkən, yanında qurudulmuş nanə, üzüm sirkəsi, ya da 3-4 diş sarımsaq və bir stəkan sirkədən hazırlanmış sirkə-sarımsaq sousu verilir.

Nuş olsun!

Digər videolar

  • “Çox dadlı və sərfəli” – Düyü unundan halva
    Last update: 10:58 22.10.2019
    10:58 22.10.2019

    “Çox dadlı və sərfəli” – Düyü unundan halva

    Sputnik komandası sizi Azərbaycanın müxtəlif bölgələrinin ləzzətli, dadı damaqlarda qalan təamları ilə tanış etməyə davam edir. Bu dəfə də düyü halvasının reseptini sizə təqdim edirik.

    2146
  • Bakı Paris gecəsinə qərq oldu
    Last update: 16:27 21.10.2019
    16:27 21.10.2019

    Bakı Paris gecəsinə qərq oldu

    Bakıda M.A.P. beynəlxalq teatr festivalı sona çatıb. Festivalın ən son performansı olan “Paris gecələri” tamaşasının bakılıları hansı nömrələrlə təəccübləndirdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

    32
  • İlanlar ailəni öz evindən didərgin salıb – VİDEO
    Last update: 14:01 21.10.2019
    14:01 21.10.2019

    Bölgəmizdə ilanlar bütöv bir ailəni öz evindən didərgin salıb – VİDEO

    Son üç ildir Cahangirovlar ailəsi öz evində sakit yaşaya bilmir. İlanlar onları öz evindən didərgin salıblar. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyin.

    777
  • “Dil eyni, maraqlar fərqli” – Türkdilli dövlətlərin əməkdaşlıq perspektivləri
    Last update: 17:55 18.10.2019
    17:55 18.10.2019

    "Dil eyni, maraqlar fərqli" – Türkdilli dövlətlərin əməkdaşlıq perspektivləri

    Politoloqlar türk dövlətlərinin əməkdaşlığını hansı perspektivlərin gözlədiyini müzakirə ediblər. Diskussiyada iştirak etmiş politoloqlar məsələyə müxtəlif yanaşma nümayiş etdiriblər. Daha ətraflı – videomuzda.

    52

Əsas mövzular