Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı düşbərəsi: bir qaşıqda 12 düşbərə

Abunə olmaq
“Düşbərə” - Azərbaycanın məşhur xəmir xörəklərindən biri belə adlanır. O, ruslarda “pelmeni”, Orta Asiya və Türkiyə mətbəxində “mantı” adlanan xəmir xörəklərindən öz ölşüsünə görə 2-3 dəfə xırda olur. Sputnik bu isti qış yeməyinin videoreseptini təqdim edir.

Düşbərə Azərbaycan milli mətbəxinin əsas yeməklərindən biridir. Azərbaycanlı ev xanımları onu bükməyi praktiki olaraq uşaqlıqdan bilirlər. Düşbərənin klassik variantı — qoyun ətinin sümüyündən bişirilmiş bulyondan, zəfərandan, xüsusi dadlandırıcı ədviyyatlardan, soğan və sarımsaqdan, çəkilmiş ətdən və xəmirdən ibarətdir.

Azərbaycanın ayrı-ayrı yerlərində bu xörək müxtəlif cür bişirilir. Amma bizim qəhrəmanımız — ev xanımı Səlimə Hüseynova bildirir ki, düşbərə Bakının ən populyar qış yeməyidir. Burada onun hazırlanmasının öz kiçik sirri var.

"Bakı düşbərəsini rusların bişirdiyi "pelmeni" ilə müqayisə etmək olmaz. Çünki onlar ilk növbədə ölçülərinə görə fərqlənirlər. İkincisi, düşbərə dadlı bulyonun içində bişirilir." — deyə Hüseynova bildirir.

Əvvəlcə sümüklü ətdən bulyon bişiririk. Bulyon hazır olandan sonra sümükləri onun içindən çıxarmaq lazımdır ki, sonra qazanda düşbərələri əzməsin.

Una duz, yumurta və su əlavə edərək xəmir yoğururuq. Xəmir ələ yapışmırsa, deməli, hazırdır. Sonra onu 15-20 dəqiqəliyinə dincə qoyuruq. Qoyun, ya da yağlı mal ətindən (ideal variant hər iki ətin qarışığıdır) olan hazır farşa soğan, duz və istiot əlavə edirik və onu da soyuducuya qoyuruq.Sonra xəmiri iki yerə bölür, kündələyir və yayırıq. 

"Düşbərənin xəmiri mümkün qədər nazik yayılmalıdır və çalışmaq lazımdır ki, qat düşməsin. Sonra onu dərhal xırda kvadratlar şəklində kəsmək lazımdır. Kvadratlar nə qədər xırda olsa, düşbərələr daha düzgün ölçüdə alınacaq.

Ənənəyə görə, bir qaşığa 10-12 ədəd düşbərə yerləşməlidir." — deyə evdar qadın bildirir.

Sonra hər bir kvadratın içinə bir az farş qoyuruq. Hər bir kvadratı üçbucaq formada bükürük və onun iki künc ucunu birləşdiririk. Düşbərələri bükəndən sonra içinə un səpilmiş siniyə düzürük. Əgər düşbərə dərhal bişiriləcəksə, onu 10-15 dəqiqə saxlamaq lazımdır ki, qurusun.

Səlimə xanım düşbərənin hazırlanması ilə bağlı kiçik sirri bizə açıqladı. Bu, bulyona xüsusi dad vermək üçün sarıkök və zəfəranın əlavə olunmasıdır.

"Düşbərə bişən zaman qazandan uzağa getmək lazım deyil. Əgər uzaqlaşsaz, düşbərə qaynayarkən qazanın səviyyəsi yüksələ və daşa bilər. Bu zaman bulyonun rəngi dəyişir." — deyə evdar qadın bildirir.

Düşbərə stola gətirilərkən, yanında qurudulmuş nanə, üzüm sirkəsi, ya da 3-4 diş sarımsaq və bir stəkan sirkədən hazırlanmış sirkə-sarımsaq sousu verilir.

Nuş olsun!

Xəbər lenti
0