01:02 22 Oktyabr 2017
Canlı yayım
VİDEO

Azərbaycan dovğasının resepti

Qısa URL
414642
© Sputnik / Kamilla Əliyeva

Azərbaycan mətbəxinin dadlı təamlarından olan dovğa ilk baxışda sadə görünür. Lakin çox qatı və çox da su kimi olmayan əsl Azərbaycan dovğasını hazırlamaq əsl ustalıq tələb edir. Bakıdakı "Anadolu" restoranının baş aşbazı Ağa İsgəndərov bu yüngül təamın hazırlanma sirlərini açdı.

Dovğa hazırlamaq üçün qatıq su ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada qaynayana qədər qarışdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər.

Ərzaq: qatıq — 3 litr, yumurta — 1 əd., un — 1 xörək qaşığı, düyü — yarım stəkan, göyərti (keşniş, şüyüd, ispanaq).

Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni qaynayana qədər arası kəsilmədən bir qaydada bulamaq lazımdır. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və düz əlavə edilmiş kütlə hazır olana qədər bişirilməlidir.

"Əsas, göyərti əlavə olunduqdan sonra dovğanı bulamamaqdır. O sadəcə qaynamalıdır. Duz da əlavə etmək olmaz, çünki bu dovğanı çürüdə bilər", — deyə Ağa İsgəndərov bildirir.

Dovğa əsasən soyuq halda verilir, lakin bu, zövq məsələsidir. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində dovğanın bişirilməsində müəyyən fərqlər mövcuddur.

Nuş olsun!

 

Digər videolar

Əsas mövzular