18:40 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
Hi-Tech
Qısa URL
14 0 0

Bu laboratoriyada kibertəhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiberhücumlara qarşı həmlələr həyata keçiriləcək.

 

BAKI, 16 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində Kiberhücumların Simulyasiya Laboratoriyası yaradılıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, laboratoriyada kibertəhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiberhücumlara qarşı həmlələr həyata keçiriləcək.

Həmçinin sistemlərdəki boşluqların yoxlanılması, təhlükəsizlik auditi xidmətinin göstərilməsi planlaşdırılır. Mütəxəssislər tərəfindən mütəmadi simulyasiya hücumlarının həyata keçiriləcəyi laboratoriyada qurumun layihələri, eləcə də digər qurumların istifadəsi üçün nəzərdə tutulan İT hesabatların hazırlanması da mümkün olacaq. Məlumat üçün bildirək ki, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında ən önəmli rollardan birini simulyasiya hücumlarının təşkili bacarıqlarının qazandırılması oynayır. Bu, mütəxəssislərə hücumun baş vermə texnikasını dəqiq öyrənməyə, test edilən sistemlərdəki boşluqları aşkarlamağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa imkan verəcək.

Bulud infrastrukturunda qurulmuş laboratoriya tam izolyasiya olunmuş mühiti təmin edir və infrastruktur dəyişikliklərinin daha qısa müddətə həyata keçirilməsinə şərait yaradır. Qeyd edək ki, kibertəhlükəsizlik sahəsi üzrə kadr hazırlanması üçün mütəmadi olaraq laboratoriyada təcrübə proqramları elan ediləcək. Təcrübə proqramlarına seçilən namizədlər müxtəlif tapşırıqlar yerinə yetirəcək, o cümlədən simulyasiya hücumlarında iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın İKT yönümlü ilk qurumlarından olan Məlumat Hesablama Mərkəzi (MHM) 1974-cü ildə fəaliyyətə başlayıb. Qurum ölkəmizdə Data Analiz və Smart həllərin ilkin mərhələlərinin formalaşmasında bünövrə rolu oynayıb. "İSO 9001:2015" beynəlxalq keyfiyyət sertifikatına malik Məlumat Hesablama Mərkəzi ölkə əhəmiyyətli bir neçə layihənin texniki operatorudur. Mərkəz Elektron İmza, Bilinq sistemi, Açıq Məlumatlar Portalı, Mobil Cihazların Qeydiyyatı Sistemi, "AzDataCom" şəbəkəsi, "Smartpay" ödəmə sistemi və s. kimi rəqəmsal xidmətlər göstərir.

Eləcə də oxuyun:

Teqlər:
kiberhücum, kibercinayət, kibertəhlükəsizlik, mütəxəssis, laboratoriya, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Əsas mövzular