18:51 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
Hi-Tech
Qısa URL
1691

Həmin funksiya oyun zamanı optimallaşdırmanı tənzimləməyə və qurğunun məhsuldarlığını artımağa imkan verəcək.

BAKI, 2 iyun - Sputnik. Android-in yeni versiyasında Google-un anons etmədiyi "gizli rejim" aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə BGR yazır.

Yeni oyun rejimi "Cədvəl" (təqvim) bölməsində əlçatan olacaq. Güman edilir ki, funksiya sayəsində istifadəçilər telefondan oyunları YouTube-a translyasiya edə, eləcə də səs yaza və klavişlərin basılmanı əks etdirə biləcəklər. Bundan başqa, həmin funksiya oyun zamanı optimallaşdırmanı tənzimləməyə və qurğunun məhsuldarlığını artımağa imkan verəcək. 

"Ayarlar"dakı yeni bölməni yeni əməliyyat sisteminin testi zamanı yalnız bir neçə iştirakçı aşkarlaya bilib. Məqalə müəllifləri hesab edirlər ki, hazırda funksiya təkmilləşdirilir, məhz buna görə də onu hələ ki anons etməyiblər. 

Android 12 əməliyyat sistemi istifadəyə payızdan tez verilməyəcək.

Eləcə də oxuyun:

  • "WhatsApp"-da dəyişikliklər: sms-lərlə bağlı yeniliklər
  • LG artıq mobil telefon istehsal etməyəcək

  •  Azərbaycanda "Clubhouse" təhlükəsi - kiber cinayətkarlar tətikdədir

Teqlər:
yeni funksiya, Android əməliyyat sistemi

Əsas mövzular