Natiq Cəfərli: Lisenziyaların alınması üçün müəyyən rüsumlar ödənilməli idi, indi o ləğv olunur. Ona görə ki, qiymət artımı çox olmasın.
Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziyalaşdırma Qaydası"nda əksini tapıb.
Bundan sonra xarici bankın yerli filialı üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 11000 manat, bank olmayan kredit təşkilatı üçün 550 manat olacaq.