BAKI, 22 dek-Sputnik. Azərbaycanda bank fəaliyyəti sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.
Sputnik xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziyalaşdırma Qaydası"nda əksini tapıb.
Bundan sonra xarici bankın yerli filialı üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 11000 manat, bank olmayan kredit təşkilatı üçün 550 manat olacaq.
İndiyə qədər bu rüsumun məbləği xarici bankın yerli filialı üçün 22000 manat və bank olmayan kredit təşkilatı üçün isə 1100 manat təşkil edirdi.