CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Canni de Byazi: Azərbaycan yığması qrupda üçüncü yer uğrunda mübarizə aparacaq

© Sputnik / Murad OrujovFutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Portuqaliya yığması ilə oyuna hansı heyətlə çıxacağından danışıb.
BAKI, 6 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan millisi 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin "A" qrupunda üçüncü yer uğrunda mübarizə aparacaq. Bu sözləri milli komandamızın baş məşqçisi Canni de Byazi oyundan əvvəlki mətbuat konfransında deyib.
Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlanacaq.
Mətbuat konfransında de Byazi deyib:
"Maksim Medvedev və Anton Krivotsyuk oynamayacaq. Düşünürəm ki, sabah meydana Dublindəki heyətə yaxın "11-lik" çıxacaq".
İtaliyalı mütəxəssis bildirib ki, ümid sonda ölür:
"Amma biz daha çox faktlara fikir verməliyik. FIFA reytinqində 47-ci yerdə gedən komandaya qarşı yaxşı oynadıq. Baxımlı oyun göstərdik. 95 dəqiqə ərzində intensiv oyun nümayiş etdirməliyik".
Baş məşqçi həmçinin komandanın hansı qrupda oynadığını da nəzərə almağın vacib olduğunu vurğulayıb:
"Artıq bir ildir ki koronovirus pandemiyası ilə əlaqədar ağır şəraitdə çalışırıq. Yaxşı komanda təşkil etmək istəyirəm. Düşünürəm ki, AFFA ilə birlikdə yaxşı bir layihə həyata keçirə biləcəyik".
De Byazi Kriştianu Ronaldunun sabahkı matçı buraxmasına da münasibət bildirib:
"Ronaldu çox böyük oyunçudur. Amma rəqibin heyətində kifayət qədər güclü futbolçular var. Oyunçu baxımdan problemləri yoxdur. Amma futbolda hər şey ola bilər".
Öz növbəsində Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Azərbaycan millisinin onun yetirmələrinə qarşı yaxşı oyun nümayiş etdirəcəyini deyib:
"Azərbaycan millisinin yaxşı, zəngin karyeraya malik baş məşqçisi var. Rəqibin bizə qarşı yaxşı oyun nümayiş etdirəcəyini gözləyirik. Rəqib komandanın futbolçularının fərdi keyfiyyətləri barədə düşünmürük, sadəcə olaraq özümüzü oyuna kökləyirik. Azərbaycan millisi müdafiədə yaxşı oynayır, orta xətdə də təhlükəli ola bilər. Maraqlı futbol nümayiş etdirməyə çalışacağıq, lakin müxtəlif taktiki vəziyyətlə də hazır olacağıq".
Qeyd edək ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin dörd oyunundan sonra Azərbaycan millisi "A" qrupunda bir xalla sonuncu yerdə qərarlaşıb. Portuqaliya millisinə qarşı cari ilin mart ayında Turində keçirilmiş oyun portuqaliyalıların minimal üstünlüklü qələbəsi ilə başa çatıb.
Həmçinin oxuyun:
Futbol millimiz DÇ-2022-nin seçmə mərhələsində ilk xalını qazandı
Xəbər lenti
0