23:00 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
İDMAN
Qısa URL
32 0 0

Meydan sahibləri 87-ci dəqiqədə Şeyn Daffinin başla vurduğu top komandamızı qələbədən məhrum edib. Beləliklə, millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

BAKI, 4 sentyabr — Sputnik. DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan millisi A qrupunda 4-cü oyununa çıxıb.

Üç gün əvvəl səfərdə Lüksemburqa 1:2 hesabı ilə məğlub olan Canni de Byazinin yetirmələri bu dəfə İrlandiya ilə üz-üzə gəlib. Hər iki komanda buna qədər keçirdiyi üç oyunda uduzub.

Oyuna daha yaxşı başlayan millimiz üstün oyununun nəticəsi kimi, birinci hissədə hesabı açmağı bacarıb. Emin Mahmudov mükəmməl qola imza atıb.

Meydan sahibləri 87-ci dəqiqədə Şeyn Daffinin başla vurduğu top komandamızı qələbədən məhrum edib. Beləliklə, millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 7-də Portuqaliya yığmasını qəbul edəcək.

Həmçinin oxuyun:

Ronaldu Bakıya gəlməyəcək

 

Teqlər:
futbol

Əsas mövzular