23:51 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
  • Футболисты ФК Карабах
  • Абделла Зубир
  • Патрик Андраде
  • Максим Медведев
  • Фанаты ФК Карабах
© Sputnik / Murad Orujov
"Qarabağ" klubunun futbolçuları Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində AEL-ə qarşı oyundan əvvəl.

Ağdam təmsilçisinin Konfrans Liqasının III təsnifat mərhələsinin pley-offuna vəsiqə qazandığı oyundan ən maraqlı kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Ağdamın "Qarabağ" klubu Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda avqustun 12-si, cümə axşamı avrokubok oyunu çərçivəsində qonaq qəbul edirdi.

Sputnik Azərbaycan bildirir ki, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"ın rəqibi Kipr təmsilçisi AEL idi. Ötən həftə səfərdə keçirilən oyun futboldan çox, komandamızın üzvlərinə qarşı edilən kobudluq və biabırçılıqla yadda qaldığından cavab oyununun nəticəsi xüsusən "Qarabağ" azarkeşləri üçün prinsipial idi. Təbii ki, oyundan sonrakı mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanova da müvafiq sual verildi.

"Belə hallar olub. İçimdə bu komandaya qalib gəlmək istəyirdim. Amma həmişə rəqibə hörmətlə yanaşmışam. Azarkeşlərin hərəkətinə görə yox, rəqibə görə. Çünki bu komandaya qarşı oynamaq mənim üçün çox maraqlı idi. Fərqli oyun üslubları var idi. Rəqibi daha öndə saxlamalı idik və bu gün onu edə bildik. Bu baxımdan içimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim. Bunun azarkeş təxribatı ilə əlaqəsi yoxdur. Azarkeş təxribatı hər zaman olub", - deyə "Qarabağ" klubunun baş məşqçisi əsl idmançıya yaraşan cavab verib.

Kadi Borqesin 87-ci dəqiqədə vurduğu qolla Ağdam təmsilçisinin pley-offa vəsiqə qazandığı oyundan ən maraqlı kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Teqlər:
Qarabağ FK, Bakı, futbol, fotolent

Digər fotolentlər

Əsas mövzular