CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa Liqasının oyununda dörd qol: "Neftçi" şansını gələn dəfəyə saxladı

© Sputnik / Murad Orujov"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu
Neftçi və Finlandiyanın HİK (Helsinki) komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıblar. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.
BAKI, 3 avqust — Sputnik. “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb.
Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıblar. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.
“Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan “ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub. Daha çox müdafiə olunan “Neftçi”nin azsaylı hücumları da kifayət qədər təhlükəli alınıb.
Fasilədən sonra “Neftçi” oyunda durumu bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı da bakılılar açıblar. Sabir Buqrin uzaqdan zərbə ilə rəqibi məyus edib. Lakin bakılıların sevinci qısa sürüb. Finlandiyalılar qoldan sonrakı 6 dəqiqədə iki qola imza ataraq hesabda önə keçiblər. “Ağ-qaralar”ı bu dəfə də kapitan xilas edib. Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qol “Neftçi”yə bərabərlik gətirib – 2:2.
Qeyd edək ki, “Neftçi” və HİK arasında cavab oyunu avqustun 12-də Helsinkidə keçiriləcək.
Avropa Liqası, Çempionlar yolu
III təsnifat mərhələsi, ilk oyun
3 avqust
21:00. “Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) - 2:2
Qollar: Sabir Buqrin, 59, Emin Mahmudov, 80 - Roope Riski, 61, Jair, 65
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Bakı. “Bakcell Arena”
Eləcə də oxuyun:
Türkiyənin "Fənərbağça" klubu Bakıya gələ bilər
Rusiyada oyun zamanı stadionda diri ilan aşkarlandı
Ramin Musayev: “Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil”
Xəbər lenti
0