04:45 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
İDMAN
Qısa URL
9 0 0

Bakıdakı hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.

BAKI, 12 iyul — Sputnik. Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışını başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb.

Federasiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, yığma Avropa çempionatına hazırlıqları iyulun 26-dək paytaxtda davam etdirəcək.

Bakıdakı hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Görüşlər Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.

Oyunların təqvimi

20 avqust

17:00 Azərbaycan - Belçika

21 avqust

18:00 Azərbaycan – Bosniya və Herseqovina

22 avqust

17:00 Rusiya – Azərbaycan

24 avqust

20:00 Azərbaycan - Serbiya

25 avqust

17:00 Fransa – Azərbaycan

Eləcə də oxuyun:

Teqlər:
voleybol, Azərbaycan, Belarus, Macarıstan

Əsas mövzular