19:32 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İDMAN
Qısa URL
14

Qızıl Avropa Liqasında ilk dövrənin oyunları mayın 28-dən 30-dək Rumıniyada olacaq. Daha sonra komandamız Fransaya yollanacaq. Buradakı qarşılaşmalar iyunun 4-dən 6-dək keçiriləcək.

BAKI, 20 may — Sputnik. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında iştirak edəcək. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, pandemiya səbəbindən uzun müddətdir yarışlardan kənar qalan  voleybolçularımız artıq məşqləri bərpa ediblər.

Millimiz Qızıl Avropa Liqasının "A" qrupunda Fransa, Rumıniya və İspaniya seçmələri ilə yarışacaq. Komandamız turnirdə məşqçi Vüqar Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.

Yığmamızın hazırlığı barədə məlumat verən Əliyev qarşıdakı oyunlara ciddi səylə hazırlaşdıqlarını deyib. O, gənc voleybolçularımızın heyətə cəlb olunacağını və onlara qarşıdakı yarışda böyük ümidlər bəslənildiyini bildirib.

Qızıl Avropa Liqasında ilk dövrənin oyunları mayın 28-dən 30-dək Rumıniyada olacaq. Daha sonra komandamız Fransaya yollanacaq. Buradakı qarşılaşmalar iyunun 4-dən 6-dək keçiriləcək.

Eləcə də oxuyun:
Paralimpiyaçımız Avropa çempionu olub

* Qurban Qurbanov paltardəyişmə otağında futbolçulara nə deyib?

* MMA döyüşçüsü davaya baş qoşandan sonra ölümcül vəziyyətə düşüb

 

Teqlər:
Azərbaycan, qadınlar, voleybol

Əsas mövzular