BAKI, 10 iyun - Sputnik. Azərbaycan güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavada keçirilən "Poland Open" turnirinin qalibi olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, 50 kq-da mübarizə aparan Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb.
Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.
Daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.
Eləcə də oxuyun:
-
Teymur Rəcəbov: 2014-cü ildən bitkoinə investisiya qoyuram
-
Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək
-
Azərbaycanın "Ağ canavarı": Şuşada DÇ səviyyəsində turnir planlaşdırırıq