BAKI, 12 may - Sputnik. Yayda Tokioda keçiriləcək Olimpiya oyunlarında Ukraynanı təmsil edəcək güləşçilər arasında azərbaycanlı Pərviz Nəsibov da var. Bu barədə məlumat Ukrayna Güləş Federasiyasının Tokioya aparılacaq güləşçilərinin siyahısında yer alıb.
Sputnik Azərbaycan xəbər verir ki, həmyerlimiz 67 kiloqram çəki dərəcəsində yunan-roma güləş növü üzrə gücünü sınayacaq.
Ukraynanı Tokioda 18 çəki kateqoriyasından cəmi 10 çəki üzrə güləşçi təmsil edəcək ki, bu da ölkə tarixində ən pis göstəricidir. Belə ki, bundan öncə güləşçilər Olimpiadaya ən az lisenziyanı 2012-ci il London Olimpiadasında qazanıb.