BAKI, 10 iyun — Sputnik. Erməni qrossmeyster Vladimir Akopyan bundan sonra ABŞ bayrağı altında çıxış edəcək. Sputnik Ermənistan xəbər verir ki, artıq FİDE-nin reytinqində Akopyan artıq ABŞ şahmatçısı kimi təqdim olunur.
Reytinqə görə (2638 bal) Ümumdünya Şahmat Olimpiadasının üçqat qalibi Akopyan amerikalı şahmatçılar arasında 12-ci yeri tutur.
ABŞ şahmatçılarının yüzlüyünə həmçinin Samvel Sevyan (5-ci yer), Varucan Akopyan (16-cı yer) və Melikset Xaçinyan (53-cü yer) da daxildir.
Daha əvvəl Ermənistan şahmatçılarının lideri Levon Aronyan da Ermənistandan köçmək barədə qərar verib. O da ABŞ komandasına qoşulacaq.
Şahmatçı öz qərarını "şahmat sahəsinə girən səriştəsiz dövlət adamları" və şahmatçılara dövlət dəstəyinin kəsilməsi ilə əlaqələndirib.
Həmçinin oxuyun:
Teymurla Şəhriyara uduzan Aronyanın etirafları: "Çağırırlar, sonra özləri gəlmirlər"