BAKI, 20 may — Sputnik. Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük üzrə Avropa çempionatında Azərbaycan paralimpiyaçısı şanlı qələbəyə imza atıb. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Vəli İsrafilov bu yarışda qızıl medala sahib olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız 100 metr məsafəyə brass üsulunda (döş üsulu) üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, Vəli İsrafilov Uşaq Paralimpiya Hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb.