16:45 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
30703

Mahir Emrelinin meydandan qovulması az imiş kimi, Anton Krivotsyuk da qolu öz qapımıza vurub. Qonaqlara qələbə qazandıran qol isə penalti sayəsində vurulub

BAKI, 5 sentyabr — Sputnik. Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, yığmamız 2020-ci ildəki ilk görüşünə Millətlər Liqası çərçivəsində çıxıb.

C liqasının 1-ci qrupunda mübarizə aparan komandamız Lüksemburqla görüşüb. Bakı Olimpiya Stadionunda təşkil olunan matç qonaqların üstünlüyü şəraitində keçib.

Lüksemburqluların fəallığı 26-cı dəqiqədə Mahir Emreli rəqibi vurduğu üçün meydandan qovulmasına gətirib çıxarıb. Bundan sonra qonaqların üstünlüyü daha qabarıq görünsə də, hesabı millimiz açıb. Ramil Şeydayev yığmada 5-ci qolunu vurub.

Azlıqda qalan komandamızın üstünlüyü uzun sürməyib. İkinci hissənin əvvəlində Anton Krivotsyuk qonaqların bacarmadığını edərək topu öz qapımıza vurub.

İtaliyalı Canni de Byazinin baş məşqçi kimi debütü ilə əlamətdar olan qarşılaşmada bir xal da qazanmaq mümkün olmayıb. Adil Nağıyevin əllə oynadığı üçün təyin olunan penalti zamanı Emil Balayev də komandanı xilas edə bilməyib. Beləliklə, yığmamız Millətlər Liqasının yeni mövsümünə ev məğlubiyyəti ilə başlayıb.

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

20:00. Azərbaycan - Lüksemburq - 1:2

Qollar: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72

Qırmızı vərəqə: Mahir Emreli, 26

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 6. Namiq Ələsgərov, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 21. Amin Seydiyev, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov, 9. Renat Dadaşov,

Baş məşqçi: Canni de Byazi

Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 13. Dirk Karlson, 18. Laoren Yans (k), 8. Kristofer Martins, 11. Vinsen Till, 15. Olivye Till, 16. Leandro Barreyro, 21. Mauritse Devill, 10. Gerson Rodriges

Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 19. Marvin Martens, 6. Florian Bohnert, 9. Danel Sinani, 22. Aldin Skenderoviç,. Stefano Bensi, 17. Alessio Kurçi, 20. Edvin Muratoviç,

Baş məşqçi: Lük Holts

Bakı Olimpiya Stadionu

Əlaqədar

Azarkeşlər bu anı illərdir ki, gözləyirdilər, amma...
Müsəlman futbolçuya fantastik təklif – Gəl, səni şahzadə edək
Azərbaycan millisinə çağırılan futbolçu Ermənistanda oynayacaq
"Neftci" II təsnifat mərhələsində - Çətin qələbə
Şimali Makedoniya, Moldova, indi də Norveç sınağı - Üçdən üç alınacaqmı?

Əsas mövzular