Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Xoşbəxtlik quşu: hər kəs Maldivə dincəlməyə, azərbaycanlı oğlan işləməyə gedir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidОтдыхающие на байдарках у одного из Мальдивских островов, фото из архива
Отдыхающие на байдарках у одного из Мальдивских островов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Agent Ramil Adıgözəlov deyib ki, qapıçı Elməddin Məmmədov Maldivdə Azərbaycanın hansısa orta klubunun verdiyi maaşdan çox qazanacaq

BAKI, 3 sentyabr — Sputnik, Teymur Tuşiyev. Azərbaycan futbolunun indi Maldivdə də nümayəndəsi olacaq.

Sputnik Azərbaycan Metaratings-ə istinadən bildirir ki, azərbaycanlı qolkiper Elməddiun Məmmədov Maldiv adalarının “Sports Klub” TK komandası ilə müqavilə imzalayıb.

Moldovanın Azərbaycan əsilli futbol agenti Ramil Adıgözəlovun dediyinə görə, Məmmədov Maldivdə Azərbaycan çempionatının hər-hansı orta səviyyəli klubunun ödəyəcəyi maaşdan daha çox qazanacaq.

“Orada müəyyən bonuslar var. Əməkhaqqı Azərbaycandakı orta səviyyəli klubun verdiyi maaşdan yükskəkdir. Üstəlik, klubun hesabına yaşayacaq. Maldivdə ev, kirayə qiymətləri çox bahadır”, - Adıgözəlov deyib. 

Qeyd edək ki, sonuncu ili Məmmədov heç bir klubda oynamayıb, çünki Moldovanın “Kodru” klubu ilə danışıqları alınmayıb. Futbol agenti bu variantın necə ərsəyə gəldiyindən də danışıb.

“Maldivdə dincələndə çempionatın oyunlarından birinə gedib. Orada futbol adamları ilə görüşüb. Xüsusi bir şey yoxdur”, - Adıgözəlov əlavə edib.

24 yaşlı qapıçımız 2018/19 mövsümündə Maltanın “Sent-Endryus” klubunda çıxış edib.

 

Xəbər lenti
0