Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Güləşçimizə qarşı təxribat: Polis dünya çempionumuzu zaldan çıxartdı

© Facebook / Dilaver NajafovАзербайджанский борец вольного стиля Гаджи Алиев
Азербайджанский борец вольного стиля Гаджи Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasi ediblər.

BAKI, 19 sentyabr — Sputnik. Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

Belarus Güləş Federasiyasının prezidenti, olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov - Sputnik Azərbaycan
Belarus Güləş Federasiyasının prezidenti: Elə bilirdik ki, təşkilatçılıq asan başa gələcək

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalını sildirib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasi ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Xəbər lenti
0