Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Belarus Güləş Federasiyasının prezidenti: Elə bilirdik ki, təşkilatçılıq asan başa gələcək

© REPORTBelarus Güləş Federasiyasının prezidenti, olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov
Belarus Güləş Federasiyasının prezidenti, olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus Güləş Federasiyasının prezidenti, Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov deyir ki, Minskdə keçirilən ikinci Avropa Oyunlarında da lazımi şərait yaradılıb
Kamandar Məcidov: “Azərbaycanın güləş millisi Rusiyadan sonra ikinci ən güclü komandadır”

“Düşünürəm ki, Azərbaycanın güləş üzrə millisi Rusiyadan sonra ikinci ən güclü komandadır. Sabiq SSRİ ölkələrinin güləşçiləri həmişə fərqlənib”. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Minskə ezam olunan azərbaycanlı jurnalistlərə müsahibəsində Belarus Güləş Federasiyasının prezidenti, Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov söyləyib.

Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladan həmyerlimiz bildirib ki, Minskdə keçirilən ikinci Avropa Oyunlarında da lazımi şərait yaradılıb. Turist sayı baxımından irəliləyiş hiss olunur.

“Birinci Avropa Oyunları zamanı Bakıda yeni idman obyektləri inşa edildi. Burada da müəyyən yeniliklər edilib. Əvvəl elə bilirdik ki, təşkilatçılıq asan başa gələcək. Amma işin içində olduqca, görürsən ki, çətin məqamlar da olur. Bütün işləri təxminən iki ilə sığışdırdıq”, - deyə Kamandar Məcidov əlavə edib.

Kamandar Məcidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0