Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançıları II Avropa Oyunlarında nə qədər pul qazanacaqlar

© Sputnik / Mediabanka keçidТалисман II Европейских игр лисенок Лесик на презентации в Минске
Талисман II Европейских игр лисенок Лесик на презентации в Минске - Sputnik Azərbaycan
Abunə olmaq
Minskdə keçiriləcək İkinci Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançıları 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının qaliblərinin aldığı mükafat qədər pul alacaq

 

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Minskdə keçiriləcək İkinci Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançıları 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının qaliblərinin aldığı mükafat qədər pul alacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Minskdə çıxış edəcək Azərbaycan idmançıları ilə görüşdə məlumat verib.

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov - Sputnik Azərbaycan
Bolqarıstanın baş nazirindan Bakıda keçirilən Avropa Oyunları ilə bağlı etiraf

Bilinci Avropa Oyunlarında qızıl medal qazanan idmançılar Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 150 min manat mükafat alıblar. Onun məşqçilərinə isə 75 min mükafat verilib. Bakıda keçirilən Avropa Oyunlarının gümüş medalçılarına 80 min manat, onların məşqçilərinə isə 40 min manat verilib. Avropa Oyunlarının bürünc medalçıları 50 min manat, onların məşqçiləri isə 25 min manat qazanıb.

Xatırladaq ki, İkinci Avropa Oyunları 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək. Azərbaycan İkinci Avropa Oyunlarında 80 idmançı ilə təmsil olunacaq. Hüseynzadənin sözlərinə görə, Azərbaycanın qadınlardan ibarət yığma komandası artıq Belarusdadır. Onlar orada təlim-məşq toplantıları keçirirlər. Bununla yanaşı, Minskə Azərbaycandan ilk olaraq cüdoçular, boksçular və güllə atıcılığı üzrə yığma komandanın üzvləri gedəcək.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

Xəbər lenti
0