05:13 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
İDMAN
Qısa URL
2431 0 0

"Əgər pasport məlumatları ilə uyğunsuzluq aşkar olunarsa, onun sahibinin problemləri əmələ gələ bilər" - təşkilatdan deyiblər

BAKI, 28 may - Sputnik, Teymur Tuşiyev. UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün Təşkilat Komitəsi dəfələrlə oyunun biletlərinin adlı olduğunu və üçüncü şəxslərə satıla bilməyəcəyini dəfələrlə bəyan etsə də, sosial şəbəkələr və müxtəlif forumlar həmin görüşün biletlərinin nominal qiymətindən iki-üç dəfə baha qiymətlərə satılmasına dair elanlarla doludur. 

Sputnik Azərbaycan-ın məlumatına görə, mayın 16-da forumlardan birində finalın birinci kateqoriyadan (sektor 111) olan biletinin 750 manata satılmasına dair elan olub. Eyni forumda dördüncü kateqoriyadan olan biletlər 200 (sektor 105) və 190 (sektor 119) manata satılırmış. 

Müqayisə üçün qeyd edək ki, Avropa Liqasının rəsmi tərəfdaşı olan iticket.az birinci kateqoriyadan olan biletləri 280, ikinci kateqoriya biletləri 180, üçüncü və dördüncü kateqoriyaya aid biletləri isə müvafiq olaraq 100 və 80 manata satır.

Xatırladaq ki, hər bir alıcı maksimum dörd bilet ala bilər, hər bir bilet alanda isə şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Lakin biletlərin üzərində onların sahiblərinin adları qeyd olunmur və belə görünür ki, bilet dəllalları məhz bu amildən istifadə edirlər. Bunu isə Sputnik Azərbaycan-a iticket.az-dan bildiriblər.

"Satışda hələ də biletlər var və onları rəsmi satış məntəqələrindən əldə etmək olar. Biletlərin üzərində onların sahiblərin adları göstərilmir, lakin stadiona girişdə yoxlanış zamanı biletin məxsusluğu məlumatlar bazası ilə yoxlanılır. Əgər pasport məlumatları ilə uyğunsuzluq aşkar olunarsa, onun sahibinin problemləri əmələ gələ bilər", - təşkilatdan deyiblər.

Bundan əlavə, dəllallar Bakı Olimpiya Stadionunda görüş zamanı skayboksların (VIP lojaların) icarəsinə görə fantastik qiymətlər təyin ediblər. Altı nəfərlik skayboksun icarəsinə 140 min manat, on nəfərliyə 190 min, 12 nəfərliyə isə 210 min manat qiymət qoyulub.

UEFA Avropa Liqasının final oyunun mayın 29-da yerli vaxtla 23.00-da Bakı Olimpiya Stadionunda başlayacaq. Finalda Londonun "Çelsi" və "Arsenal" klubları qarşılaşacaqlar.

Əsas mövzular