06:04 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
103 0 0

Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər

BAKI, 27 may - Sputnik. UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçiriblər.

Sputnik Azərbaycan xəbər veriri ki, müvafiq məlumat AFFA-nın saytında yerləşdirilib.

Bu gün mayın 29-da təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçirilib. 

Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Qeyd edək ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

Əsas mövzular