BAKI, 27 may - Sputnik. UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçiriblər.
Sputnik Azərbaycan xəbər veriri ki, müvafiq məlumat AFFA-nın saytında yerləşdirilib.
Bu gün mayın 29-da təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçirilib.
Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.
Qeyd edək ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.