23:58 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Çempionlar Liqası

Çempionlar Liqası – Cütlüklər müəyyənləşdi

© REUTERS / Denis Balibouse
İDMAN
Qısa URL
24 0 0

İlk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda  təşkil olunacaq

BAKI, 17 dekabr – Sputnik. Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib.

"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)

"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

"Lion" (Fransa) - "Barselona" (İspaniya)

"Roma" (İtaliya) - "Portu" (Portuqaliya)

"Ayaks" (Hollandiya) - "Real Madrid" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda  təşkil olunacaq.

Əsas mövzular