BAKI, 17 dekabr – Sputnik. Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib.
"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Lion" (Fransa) - "Barselona" (İspaniya)
"Roma" (İtaliya) - "Portu" (Portuqaliya)
"Ayaks" (Hollandiya) - "Real Madrid" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)
Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda təşkil olunacaq.