00:28 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Henrix Mxitaryan

Hər şey təkrarlanır: Mxitaryan ikinci dəfədir ki, eyni addımı atır

© Sputnik / Алексей Филиппов
İDMAN
Qısa URL
3838 0 0

Nurlan İbrahimov: "Onu nəzərə alaraq deyə bilərəm ki, ola bilsin, yenə bu futbolçu Bakıya gəlməsin"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. UEFA Avropa Liqasının 2-ci turunda Azərbaycan komandası "Qarabağ" İngiltərənin "Arsenal" klubu ilə Bakıda qarşılaşacaq. Xarici media yazır ki, "Arsenal"ın erməni əsilli futbolçusu Henrix Mxitaryan Azərbaycana gəlməkdən imtina edir. Məlumatda deyilir ki, Mxitaryan Azərbaycana gəlməməklə bağlı özü qərar verib. O, Azərbaycan-Ermənistan müharibəsini səbəb göstərərək, təhlükəsizliyini qorumaq məqsədi ilə Azərbaycana gəlməkdən imtina etdiyini deyir. Hətta futbolçu deyib ki, əgər "Arsenal" Avropa Liqasında finala çıxsa və bu görüş Bakıda keçirilsə, o zaman bu məsələ yenidən müzakirə oluna bilər.

"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Arsenal" klubundan hansı futbolçunun qarşılaşmada oynayacağı haqqında məlumatı yoxdur: "Bizim ixtiyarımız yoxdur, qarşı tərəfin hansı futbolçusunu gətirəcəyini müzakirə edək və ya onlara göstəriş verək. Sadəcə onu deyə bilərəm ki, erməni futbolçular Azərbaycana gəlməkdən və burada oyun keçirməkdən çox vaxt qaçırlar".

"Mxitaryan "Borussiya Dortmund" klubunda oynadığı zaman da belə edib. Belə ki, "Qəbələ" "Borussiya Dortmund" qarşılaşması zamanı da erməni əsilli futbolçu Bakıya gəlməkdən imtina etmişdi. Onu nəzərə alaraq deyə bilərəm ki, ola bilsin, yenə bu futbolçu Bakıya gəlməsin" — deyə İbrahimov əlavə edib.

Əlaqədar

Azərbaycanlı futbolçu: "Hələ görək, bizə qız verəcəklər?"
Dünya futbolunun ulduzu həbs edildi
Kamran Ağayev: "Futbol potensialımız böyük komandalarla oynamaq üçün deyil"
Məşhur futbolçu inanılmaz qol vurdu və özünü "Qol allahı" elan etdi - VİDEO
Məşhur klubun futbolçusu atışma zamanı öldürüldü

Əsas mövzular