Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Məqsədimiz bütün dünyadan olan gəncləri birləşdirməkdir"

© Sputnik / Kemale AliyevaПредставление юного футболиста из Азербайджана, участника международного проекта "Футбол для дружбы"
Представление юного футболиста из Азербайджана, участника международного проекта Футбол для дружбы - Sputnik Azərbaycan
Abunə olmaq
Amina Konurbayeva: "Bizim gənclər professional idman növünü özlərinə peşə kimi seçiblər"

BAKI, 16 mart — Sputnik. Artıq bir neçə ildir ki, "Dostluq üçün futbol" (Football For Friendship) Beynəlxalq Uşaq Sosial Proqramı reallaşdırılır. Layihə "Qazprom-uşaqlar" Qlobal Uşaq Sosial Proqramı çərçivəsində "Qazprom" İSC-nin himayədarlığı ilə 2013-cü ildən həyata keçirilir və müxtəlif millətlərdən, cinslərdən, fiziki imkanlardan ibarət uşaqları birləşdirir.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan tədbirdə danışan layihənin təşkilat komitəsinin nümayəndəsi Amina Konurbayeva deyib ki, Azərbaycan artıq 3-cü ildir bu layihədə iştirak edir: "Bizim məqsədimiz bütün dünyadan olan gəncləri birləşdirmək, onların arasında mədəni və mənəvi əlaqələri gücləndirməkdir".

"Bizim gənclər professional idman növünü özlərinə peşə kimi seçiblər. Biz bu layihəyə uşaqları, böyükləri, politoloqları cəmiyyətin müxtəlif sahələrindən olan insanları cəlb etmişik", — Konurbayeva bildirib.

Qeyd edək ki, Sputnik Azərbaycan "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial Proqramınin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0