BAKI, 16 mart — Sputnik. Artıq bir neçə ildir ki, "Dostluq üçün futbol" (Football For Friendship) Beynəlxalq Uşaq Sosial Proqramı reallaşdırılır. Layihə "Qazprom-uşaqlar" Qlobal Uşaq Sosial Proqramı çərçivəsində "Qazprom" İSC-nin himayədarlığı ilə 2013-cü ildən həyata keçirilir və müxtəlif millətlərdən, cinslərdən, fiziki imkanlardan ibarət uşaqları birləşdirir.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan tədbirdə danışan layihənin təşkilat komitəsinin nümayəndəsi Amina Konurbayeva deyib ki, Azərbaycan artıq 3-cü ildir bu layihədə iştirak edir: "Bizim məqsədimiz bütün dünyadan olan gəncləri birləşdirmək, onların arasında mədəni və mənəvi əlaqələri gücləndirməkdir".
"Bizim gənclər professional idman növünü özlərinə peşə kimi seçiblər. Biz bu layihəyə uşaqları, böyükləri, politoloqları cəmiyyətin müxtəlif sahələrindən olan insanları cəlb etmişik", — Konurbayeva bildirib.
Qeyd edək ki, Sputnik Azərbaycan "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial Proqramınin informasiya tərəfdaşıdır.