23:39 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
50 0 0

Zəkiyyə Həsənova finiş xəttini 7,45 saniyəyə keçib

BAKI, 19 fevral — Sputnik. Türkiyədə atletika üzrə "İstanbul İndoor Cup" keçirilib. Sputnik Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak ediblər.

Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib.

Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləyib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi.

Teqlər:
atletika, qaçış, rekord, azərbaycanlı

Əsas mövzular