Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türkiyədə Azərbaycan rekordu yeniləndi

© Sputnik / Ramil SitdikovQadınlar arasında qaçış üzrə yarış, axiv şəkli
Qadınlar arasında qaçış üzrə yarış, axiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zəkiyyə Həsənova finiş xəttini 7,45 saniyəyə keçib

BAKI, 19 fevral — Sputnik. Türkiyədə atletika üzrə "İstanbul İndoor Cup" keçirilib. Sputnik Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak ediblər.

Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib.

Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləyib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi.

Xəbər lenti
0