18:57 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Медалисты кубка Европы по дзюдо. София, Болгария, 3 февраля 2018 года

Azərbaycan idmançısından möhtəşəm qələbə

© Foto: сайт Европейского союза дзюдо
İDMAN
Qısa URL
50 0 0

Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

BAKI, 4 fevral — Sputnik. Cüdo üzrə Avropa kuboku uğrunda yarışa Bolqarıstanın paytaxtı Sofiya şəhərində start verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandası üçün uğurlu başlayıb.

Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Azərbaycan cüdoçusu finala qədər Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edib. Həlledici görüşdə rusiyalı Səxavət Hacıyevə qalib gələn idmançımız Avropa kuboku yarışında 1-ci yeri tutub.

Avropa kuboku uğrunda turnirdə qitənin 29 ölkəsindən 244 cüdoçu mübarizə aparır.

Əlaqədar

Azərbaycan cüdo turnirində komanda hesabında ikincidir
Cüdo komandamızın reytinqi yüksəlib
Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib
Teqlər:
Cüdo üzrə Avropa kuboku, Tofiq Məmmədov, Bolqarıstan, Sofiya

Əsas mövzular