16:47 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Dopinq

İdmançımızla bağlı dopinq qalmaqalına aydınlıq gətirildi

© AP Photo / Alexander Zemlianichenko
İDMAN
Qısa URL
75 0 0

Kənan Məstəliyev: "Dopinq qəbul edən idmançı Ağır Atletika komandasında məşq edə bilməz"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Ölkə idmanında yenidən dopinq qalmaqalı gündəmə gəlib. Ağır atletika üzrə milli komandanın üzvü Rövşən Fətullayevdə sonuncu respublika çempionatından sonra dopinq aşkarlandığı iddia edilir. Hətta idmançının milli yığmadan qovulduğu da qeyd edilir.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Sputnik Azərbaycan-a məsələ ilə bağlı münasibət bildirib. O deyib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Ağır Atletika Federasiyası dopinqlə mübarizəsini davam etdirir və dopinqin komandadan tam yox olması üçün bütün addımlarını atır. Komandada istər Rövşən Fətullayev, istər digər idmançılarda dopinq aşkarlanarsa, biz onu gizlətmirik, məlumatı rəsmi şəkildə veririk. Hal-hazırda belə bir məsələ yoxdur. Biz bu məsələ ilə bağlı daxili araşdırma aparırıq. Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) ilə əməkdaşlığımız sıx şəkildə aparılır".

"O ki qaldı Rövşən Fətullayevin məsələsinə, Milli Anti-Dopinq Agentliyi ilə birlikdə çalışırıq. İşlər yekunlaşmadığı üçün rəsmi açıqlama verə bilmirik. İdmançının qanında dopinq aşkarlanarsa, sonrakı antidopinq qaydalarina uygun tənzimlənir", — deyə Federasiya sözçüsü əlavə edib.

Kənan Məstəliyev Rövşən Fətullayevin milli yığmada məşqlərini davam etdirib-etdirmədiyinə də aydınlıq gətirib: "İdmançının qanında dopinq aşkarlanan zaman ona anti-dopinq qaydalarına uyğun olaraq “şərti kənarlaşdırılma” tətbiq olunur. Araşdırma bitənə qədər idmançı bu fəaliyyətlə məşğul olmur. Proses başa çatandan sonra müvafiq cəza və ya bəraət verilə bilər".

"Rövşənin məsələsi barədə hazırda rəsmi açıqlama verə və idmançı haqqında heç bir qərar qəbul edə bilmərik. Dopinq qəbul edən idmançı ağır atletika komandasında məşq edə bilməz", — müsahibimiz vurğulayıb.

Əlaqədar

Azərbaycanlı idmançı Rusiyada dopinq qəbul edib
"Dopinq Qərbdə icad olunub, amma nədənsə, onların idmançılarında dopinq tapılmır"
Azərbaycanlı idmançı dopinq iddiasını rədd edir
Azərbaycanın ikiqat dünya çempionunda dopinq aşkarlandı
Teqlər:
AMADA, Rövşən Fətullayev, Azərbaycan Ağır Atletika Federasiyası, Kənan Məstəliyev, Sputnik Azərbaycan, məşq, ağır atletika, dopinq, idmançı, idman

Əsas mövzular