21:24 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
19 0 0

Vaqif Sadıqov: "Biz elit komandaların olduğu qrupa düşmüşük, onların arasındayıq"

BAKI, 22 noyabr — Sputnik. Qrupdakı xal cədvəli "Qarabağ" futbolçularını məcbur edir ki, yaxşı nəticə qazanıb Avroliqada yollarına davam etsinlər. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, millimizin keçmiş baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis, bu gün keçiriləcək "Çelsi" ilə oyunda "Qarabağ"dan müsbət nəticə gözlədiyini söyləyib:

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov
© Photo : Sportal.az
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov

"Mən hər zaman "Qarabağ"dan müsbət nəticə gözləyirəm. Komandadan gözləntim bu gün də eynidir. Çünki oyunçularda o potensial var. Qrupdakı xal cədvəli də futbolçularımızı məcbur edir ki, yaxşı nəticə qazanıb Avroliqada yollarına davam etsinlər". 

"Qaldı ki, Çempionlar Liqasının 1/8 finalına çıxmağımızı real hesab etmirəm. Birincisi, biz elit komandaların olduğu qrupa düşmüşük, onların arasındayıq. Ən çətin qrupdur. Üstəlik ilk iki yerdəki klublar xalca bizdən xeyli qabaqdadırlar. Ona görə düşünürəm ki, Avroliqa şansımız daha yaxındır, nəinki qrupdan çıxmaq" — Vaqif Sadıqov əlavə edib.

Bu gün yerli vaxtla saat 21.00-da Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində özünün beşinci oyununa çıxacaq. Ağdamlılar Bakıda İngiltərənin "Çelsi" klubunu qəbul edəcəklər. "Qarabağ"ın 4 oyundan sonra 2 xalı var və qrupda sonuncu yerdədir. Qrupa 8 xalla "Roma" liderlik edir. "Çelsi" 7, "Atletiko" isə 3 xal toplayıb.

Əlaqədar

"Qarabağ" üçün sürpriz hazırlanıb
"Qarabağ"-"Çelsi" oyununa bilet alanların diqqətinə
"Qarabağ" kubokunun qalibi müəyyən olunub
"Qarabağ" Qurbansız qalacaq?
Teqlər:
"Qarabağ"-"Çelsi" oyunu, "Qarabağ" klubu, AFFA, Vaqif Sadıqov, Ağdam, İngiltərə, Bakı

Əsas mövzular